AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yası Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının online formada təş­kil etdiyi “Avrasiyaya inteqrasiyada gənclərin potensialı: iqtisadiyyat, hüquq və si­yasət” mövzusunda beynəlxalq elmi-praktik ko


image small

03.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yası Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının online formada təş­kil etdiyi “Avrasiyaya inteqrasiyada gənclərin potensialı: iqtisadiyyat, hüquq və si­yasət” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Qazaxıstan Əmək və Sosial Münasibətlər Akademiyasının təsisçisi Musa Besbayevin xati­rəsi­nə həsr olunan konfransı giriş sözü ilə açan akademiyanın rektoru Bayan Besba­ye­va online konfransların keçirilməsinin əhəmiyyətindən danışıb və iştirakçı ölkələrə öz təşəkkürünü bildirib. Sonra növbə ilə Oşsk Dövlət Hüquq İnstitutunun (Qırğızıs­tan) rektoru Eqemberdi Toktorov, Azərbaycan Əmək və Sosial Münasi­bət­lər Aka­de­mi­yasının elmi işlər üzrə prorektoru Mobil Məcidov, Ukrayna Əmək, So­sial Mü­nasibətlər və Turizm Akade­mi­yasının prorektoru Yaroslav Qolovko, Bey­nəl­xalq “MİTSO” Universitetinin (Belarusiya) kafedra müdiri İqor Mankovski çı­xış ediblər. Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­yasını plenar ic­las­da təm­sil edən akademiyanın tələbəsi Tural Əhmədli Azərbaycanın təhsil sa­hə­sin­də olan beynəlxalq əlaqələrinə toxunub, dəyərli təkiflər səsləndirib.

03.03.2017  [ 11:00 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.