14.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə” fakültəsinin təşkilatçılığı ilə I kurs tələbələri arasında “İnformatika” fənni üzrə Viktorina keçirilib. Viktorinada “Maliyyə” ixtisası üzrə “Maliyyəçi” və “Mühasibat uçotu və audit”ixtisası üzrə “AzMühasib” komandaları mübarizə aparıb.
Beş mərhələdən ibarət Viktorinada “AzMühasib” komandası 93-67 hesabı ilə qalib gəlib. “AzMühasib” komandasının üzvləri: Səyyad Mirzəzadə, Daşqın Adıgözəlov, Malik Heydərov, Mənsumə Həmidova, Kəbirə Həsənli, Azər Həsənov, Fatimə Həşimzadə, Günay Məmmədova və İbrahim Rəsulzadə diplomlarla təltif edilib, hədiyyələrlə mükafatlandırılıblar.