16.03.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. Akademiyanın kollektivi hər il Novruz bayramı ərəfəsində belə məkanlarda sakin olan qocalara baş çəkir, onlara ürək-dirək, təsəlli verir, gətirdikləri bayram sovqatı ilə sevinc bəxş edir, onların unudulmadıqlarını, daim dövlətimizin qayğısı və himayəsi altında olduqlarını çatdırır.
Pansionatın rəhbərliyi kollektivi mehribanlıqla qarşıladı. Direktor əvvəlcə, müəssisənin tarixi, müasir vəziyyəti barədə, onlara dövlətimizin qayğısı haqqında geniş məlumat verdi. Sonra bizi Pansionatın yüksək standartlara cavab verən yataq otaqları, çamaşırxanası, yeməkxanası, emalatxanası, qazanxanası ilə tanış etdi.
Müəllimlər və tələbələr qocalarla bayram süfrəsi ətrafında şirin söhbətlər etdilər, müxtəlif mövzulara toxundular, onları maraqlandıran məsələlər və suallara cavab verdilər, ölkədə aparılan quruculuq, bərpa, abadlıq işlərindən danışdılar. Tələbələr şeirlər söylədi, mahnı töhfə etdilər, qocalarla bolluca rəqs edərək əsl bay¬ram əhval-ruhiyyəsi yaratdılar və gətirdikləri bayram sovqatını onlara payladılar. Aka¬demiyanın “Sosial iş” ixisası üzrə təhsil alan tələbələrinin təşəbbüsü ilə real¬la¬şan görüşdən qocalar razı qaldılar, kollektiv bir daha görüşmək ümidi ilə onlarla vidalaşdı.