Tələbələrimiz elmi konfransda iştirak ediblər

23.05.2017-ci il tarixində Qərb Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbə elmi konfransı keçirilib. Kon­fransda iştirak edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akade­mi­ya­sı­nın tələbələri Əhmədli Tural Eyvaz oğlu 1-ci, Orucova Aişən Zakir qızı 2-ci yerə la­yiq görülüblər.