08.11.2017-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında aparıcı təşkilat qismində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin doktorantı Hüseyn Qədirulla oğlu Bağırsoylunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Regionda xüsusi iqtisadi zonaların təşkili imkanları və perspektivləri (Naxçıvan Muxtar Respublikası timsalında)” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.