“Gənclərin Mühasibatlıq üzrə II Olimpiadası”na hazırlıq məqsədilə tə­lə­bə­lərlə görüş keçirilmişdir

18.12.2018-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademi­ya­sın­da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəs­tə­yi, Gənc Mühasiblər Birliyinin (GMB) təşkilatçılığı ilə ke­çiriləcək “Gənclərin Mühasibatlıq üzrə II Olimpiadası”na hazırlıq məqsədilə tə­lə­bə­lərlə görüş keçirilmişdir. Görüşdə Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əli­ye­va, “SİNAM” şirkətinin nümayəndəsi Elşən Şərifov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov  iştirak etmişdir.