31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYIRMI MASA
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 31 mart – azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masanı Akademiyanın prorektoru iqtisad f.d.,dosent Fəhrad Möhbalıyev açaraq azərbaycanlılara qarşı törədilmiş soyqırımdan, onun faciəvi nəticələrindən danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 1918-ci ilin hadisələri hər il martın 31-də azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, ölkənin hər yerində soyqırım qurbanlarının xatirəsi etiramla yad edilir. Soyqırım hadisələrini əks etdirən video-çarx nümayiş etdirildi. AƏSMA-nın müəllimi, tarix f.d. Vahid İsmayılovun “31 Mart soyqırımı - qanlı yaddaş tariximiz”, AƏSMA-nın müəllimi Tamilla Həsənovanın “Quba Soyqırımı Memorial Kompleksi”, AƏSMA-nın kafedra müdiri, fəlsəfə f.d., dosent Zeynəddin Şabanovun “Genosid bəşəri cinayət kimi” mövzusunda məruzələri dinlənildi. Məruzələrdə həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Naxçıvanda, Qarabağda ermənilərin törətdikləri vəhşilikər, işgəncələr, qətllər, qarətlər, talanlar haqqında yeni əldə edilmiş sənədlər əsasında geniş məlumatlar verildi. Sonda ətraflı müzakirə və fikir mübadiləsi aparıldı.