logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyanın II kurs tələbəsi Yeganə Cavadovanın “Qadın zorakılığına son” adlı layihəsi həyata keçirilmişdir.


image small

18, 19, 21, 22  fevral 2019-cu il tarixlərində Binəqədi rayon 283 saylı orta məktəbin inzibati binasında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Qadın zorakılığına son” adlı layihənin seminarları keçirilib. Layihədə məktəblilər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Cavadova öz nitqində Azərbaycan Respublikasının Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb. Digər günlər isə layihə rəhbəri  gender bərabərliyi Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verməsindən və  Azərbaycan respublikasında ilk dəfə qadına seçki hüququnun verilməsindən bəhs etdi. Çıxışlardan sonra isə təlimçi Mahmud Mahmudovun təqdimatında müvafiq mövzuda seminar keçirilib. 18 fevral 2019-cu il tarixində açılış seminarı olan“Qadın zorakılığına son” adlı layihə 22 fevral 2019-cu il tarixində bağlanış seminarı keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

09.04.2019  [ 14:42 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.