AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Tələbələr istehsalat təcrübəsində iştirak ediblər


image small

“Maliyyə” fakültəsinin tələbələri “Qaraçay” Holdinqdə 18.02.2019-24.05.2019-cu il tarixlərində istehsalat təcrübəsində iştirak ediblər. Holdinqin rəhbərliyi tərəfindən tələbələrə təcrübə rəhbəri olaraq Vüsalə İlyasova təyin edilib. Təcrübə zamanı tələbələr Holdinqin fəaliyyəti ilə yaxından tanış olublar, müxtəlif şöbələrin iş fəaliyyətində iştirak ediblər. Bu müddət ərzində tələbələr “Mühasibatlıq” şöbəsində əmək haqqının hesablanmasını həyata keçiriblər və holdinqin tərkibindəki şirkətlərin maliyyə vəziyyəti və maliyyə problemlərini araşdırıblar.

Əlavə olaraq onu da qeyd edək ki, “Qaraçay” holdinq  təcrübə müddətində fərqlənən akademiyanın 5 tələbəsini işlə təmin etmişdir.

Tələbələrin Akademiyada əldə etdikləri nəzəri biliklərinin təcrübədə tətbiq edilməsində bizimlə əməkdaşlıq edən “Qaraçay” Holdinq və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyinə, əməkdaşlarına  göstərdikləri dəstəyə görə təşəkkür edrik.

20.05.2019  [ 21:54 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.