23 may 2019-cu ildə RF Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında bu akademiyanın 100 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirildi. Öz miqyası ilə diqqəti çəkən bayram tədbirində Ümumrusiya həmkarlar ittifaqları, elmi elita, dövlət strukturları və işəgötürənlərin birlikləri və BƏT-in nümayəndələri, xarici dövlətlərdən - Azərbaycan, Belarus, Vyetnam, Çin, Monqolustan, Polşa və Fransadan gəlmiş çoxsaylı qonaqlar, müxtəlif tərəfdaş şirkətlərdən olan Akademiyanın dostları iştirak edirdilər.
Təntənəli tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını “Qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Sədaqət Məmmədova və “Maliyyə” fakültəsinin dekanı Hicran Mirzəyeva təmsil edirdi.
Əvvəlcə qonaqların diqqətinə xüsusilə yubiley üçün hazırlanmış nəsillərin əlaqəsini, həmkarlar ittifaqı məktəbinin keçdiyi şərəfli yolu, Böyük Vətən müharibəsi, yenidənqurma və 90-cı illəri ehtiva edən videoçarx çatdırıldı. İşıqlı gələcəyi olan Akademiyanın tələbələri 2019-cu il müsahibələrində kamera qarşısında Akademiyaya olan məhəbbətini bəyan edərək buradakı təhsildən zövq aldıqlarını və yaradıcılıq enerjisini necə realizə etdiklərini bildirdilər. Film fonunda Akademiyanın ən parlaq tələbələri 60-çı illər stilində xoreoqrafiya səhnələri ilə iştirakçıları valeh etdilər.
Akademiyanın əməkdaşları və qonaqlar qarşısında çıxış edən rektor N.N.Kuzmina qeyd etdi ki, RF Prezidenti V.Putinin 1 may 2019-cu il tarixli sərəncamı ilə ƏSMA-nın kollektivinə “həmkarlar ittifaqları təşkilatlarına yüksəksəviyyəli ixtisaslı kadrlar hazırladığı üçün” təşəkkür elan olunub.
Akademiyanın müəllimlərini, tələbələrini, aspirantlarını və məzunlarını təbrik edən RF AHİF-ın sədri Mixail Şmakov qeyd etdi ki, ƏSMA fundamental biliklər verməklə yanaşı, həm də təhsil alan gənclərin tərbiyəsində də mühüm rol oynayır. İctimai, əmək münasibətlərinin tədqiqi ilə məşğul olaraq Akademiya gələcəkdə ölkənin inkişafına və onun çiçəklənməsinə böyük töhfə verəcək gənc həmkarlar ittifaqları lideri yetişdirir.
BƏT-in baş direktoru Qay Rayder Akademiyanın ünvanına öz videotəbrikini göndərdi, BƏT-in Moskvadakı işçilərin fəaliyyəti üzrə baş mütəxəssisi Qoça Aleksandriya şəxsən təbrik iştirakşılarını təbrik edərək Akademiya ilə çoxillik dostluğu yüksək qiymətləndirdi.
Rusiya Federasiyası Dövlət Duması Federal Şurasının əmək, sosial siyasət və veteranlarla iş Komitə sədrinin birinci müavini M.V.Tarasenko, MKPP (P)-nin sədri Y.V.Panina, OOP “RCPP”-nin əmək bazarı və sosial tərəfdaşlıq üzrə direktoru M.V.Moskvina, “Rusiya Erası” Assosiasiyasının prezidenti A.V.Zamoskovnıy və başqaları öz xoş təbriklərini çatdırdılar.
Tədbir iştirakçıları üçün əsl sürpriz xarici dövlət tərəfindən ikinci dövlət mükafatının təqdim olunması oldu. Vyetnam Sosialist Respublikasının Prezidenti Nquen Fu Çonq RF Əmək və Sosial Münasibətlər Akademiyasının “Dostluq ordeni”ilə təltif olunması barədə sərəncam imzalayıb.
Təntənəli tədbirdə iştirak edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Sədaqət Məmmədova çıxış edərək kollektivi yubiley münasibətilə təbrik etdi və iki ali məktəb arasındakı dostluq əlaqələrinin bundan sonra da möhkəm olacağını bildirdi.
Xoş sözlər və təbriklərlə yanaşı çıxış edənlər ƏSMA-ya çoxlu unikal suvenirlər bağışladılar, Akademiyanın inkişafı naminə qiymətli sertifikatlar təqdim olundu. Öz növbəsində əməkdaşlarımız Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kollektivi adından Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasına özündə azərbaycan xalqının milli koloritini əks etdirən hədiyyəni təqdim etdilər. Tədbirdən sonra “Maliyyə” fakültəsinin dekanı Hicran Mirzəyeva və “Qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Sədaqət Məmmədova yubileyini qeyd edən Akademiyanın elmi və tədris, ictimai-mədəni həyatı ilə daha yaxından tanış oldular, fikirlərini bölüşdülər, təcrübə mübadiləsi apardılar.