Birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi

Birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi


16.09.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasi­bət­lər Akademiyasında birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara bu təhsil ocağının tarixi haqqında məlumat vermişdir.

Daha sonra rektor valideyinləri maraqlandıran sualları cavablandırmış və yüksək bal toplamış gənclərə tələbə biletləri təqdim edilmişdir.