Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır!
08.11.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikası Dövlət Bayrağı gününə həsr olunmuş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda tələbə elmi-praktiki konfransı keçirilmişdir.
Konfrans dövlət himni ilə açılmış, dövlət bayrağının tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransı çıxış nitqi ilə Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru F.F.Möhbalıyev açmışdır. O, qeyd etmişdir ki, bayrağımız çox keşməkeşli yollardan keçərək bu günə gəlib çatmışdır. 1918-ci il noyabr ayının 9-da ilk dəfə üçrəngli bayraq qəbul edilmişdir. Sovet rejimi dağılandan sonra Ulu Öndər H.Əliyev 1990-cı il 12 noyabr tarixində üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinə nail olmuşdur. 2009-cu ildə prezident İlham Əliyev Dövlət Bayrağı gününün keçirilməsi barədə sərəncam imzaladı.
Daha sonra tələbələrdən Səyyad Mirzəzadə, Xədicə Verdiyeva, Ayşən Quliyeva, Əsgər Əhmədov, Türkan Cəfərli və başqaları müxtəlif mövzularda çıxış etmişdirlər.
Sonda tələbələrə iştirakına görə sertifikatlar və hədiyyələr təqdim olundu.