logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyanın əməkdaşları beynəlxalq seminarda iştirak edib.


image small

AM (Texniki Dəstək Missiyası) proqramı çərçivəsində təşkil olunan “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan Ali Təhsil Müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı maarifləndirici seminarında  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşları  iştirak edib.

Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri, eyni zamanda Akademiyanın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dos. Mahir Cəlalov, "Ümumi fənnlər" kafedrasının müəllimi Cəfərli Xanımbacı və “İqtisadiyyat və idarəetmə” kafedrasının müəllimi Əsgərov Ramil iştirak etmişdir.

İkigünlük seminarda ispaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinlənilib, birgə müzakirələr aparılıb.

22.11.2019  [ 13:07 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.