23.11.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirildi. Akademiyanın rektoru professor Hüseyn Qaraşov görüşü açaraq, onlara bu təhsil ocağının tarixi haqqında məlumat vermiş valideynləri maraqlandıran sualları cavablandırmışdır.
Daha sonra valideynlərdən Sultan Bayramlı çıxış edərək “Bizim valideyn kimi ən böyük kapitalımız övladlarımızdır. Dekanlığın hər bir tələbə ilə maraqlanmağı müsbət haldır və yaratdığınız valideyin, tələbə, müəllim üçbucağının çox bəyənilən hal” olduğunu qeyd etmişdir.
Digər valideynlərdən Məhərrəmov Ulduz, Abbasov Natiq çıxış edərək yaradılan təhsil şəraiti üçün Akademiya rəhbərliyinə təşəkkürünü bildirmişdilər.