Azərbayacan Əmək və Sosial Münasibətlər Akademiyasında 05 dekabr 2019-cu il tarixində Maliyyə-İqtisad fakültəsinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Öz biznesinə başla” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru Fəhrad Möhbalıyev tədbir iştirakçılarına və təşkilatşılarına öz təşəkkürünü bildirmişdir.
Seminarda “Səyahət Travel”in rəhbəri, Azərbaycan Sağlam və Termal Turizmə Dəstək Assosasiyasının icraçı direktoru Tərlan Quliyev və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundov maraqlı məruzələr ilə çıxış etdilər.
Sonda tədbir iştirakçılarına Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hədiyyələri təqdim edilmişdir.