11.12.2019 il tarixində “Maliyyə-iqtisad” fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda bələdiyyələrin yaradılmasının 20 illiyinə həsr olunmuş “Bələdiyyələrin maliyyə bazası və onun təkmilləşdirilməsi yolları” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı Tədris və elmi işlər üzrə prorektor F.F.Möhbalıyev açaraq onun əhəmiyyətindən danışmış və seminara uğurlar arzulamışdır. Seminar iştirakçıları- “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri dos. N.Y.Mikayılova, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının tələbələrdən N.V.Qurbanzadə, R.L.Həsənova, O.O.Hüseynli, Ş.T.Qənbərov, A.M.Quliyeva, X.Ş.Verdiyeva müxtəlif mövzularda çıxış etdilər. Seminarda bələdiyyə fəaliyyətinə dair müxtəlif mövzularda videoçarxlar nümayiş etdirildi.