Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb. Mövcud pandemiya şəraiti ilə bağlı online formada keçirilən imtahan sessiyasında tələbələr ümumilikdə 53 fənn üzrə imtahan veriblər. Ümumlikdə Akademiyda Microsoft Teams platforması vasitəsilə 173 online qaydada şifahi imtahan keçirilmişdir. İmtahanlarda ümumi tələbələrin 99%-i iştirak etmişdir.
Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edilib, lazımi texniki tədbirlər yüksək səviyyədə tətbiq olunub. Frontal sorğu formasında keçirilən imtahanlar bitdikdən sonra tələbənin qiyməti dərhal elan olunub.
AƏSMA-da imtahan nəticəsindən narazı qalan tələbələrin müraciətlərinin operativ araşdırılması məqsədilə apelyasiya kommisiyası işini online şəkildə təşkil edib.
Xatırladaq ki, cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsində tələbələrin xeyrinə akademiya rəhbərliyi tərəfindən bir sıra qərarlar verilmişdir. Belə ki, Online dərslərdə iştirak etməyən tələbələr üçün imtahanlara giriş balı 34 bal, akademik borclarını ləğv etmək üçün alt qruplarda dərslərə yazılan tələbələrə imtahana giriş balı 34 bal, imtahan balı isə 17 bal, dərslərdə iştirak edən tələbələrin imtahanlara giriş balı isə 34-50 bal arası hesablanmışdır. Eyni zamanda, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Nazirlər Kabinetinin verdiyi qərar da tələbələr tərəfindən yüksək dəyərləndirilib.