logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşları Avropa İttifaqının təhsil proqramları haqqında vebinarda iştirak ediblər


image small

     Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırovun təqdimatında online vebinar keçirilib.

Vebinarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, dosent Calalov Mahir, “Maliyyə-iqtisad” fakültəsinin dekanı, dosent Mirzəyeva Hicran, “Magistratura, qiyabi və əlavə təhsil” şöbəsinin müdiri, r.ü.f.d Məmmədova Firanə, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dosent Mikayılova Nurəngiz iştirak ediblər. 

Vebinarın məqsədi Avropa İttifaqının (Aİ) təhsil proqramlarında növbəti illərdə tətbiq olunacaq yeniliklər ilə əlaqədar ali təhsil müəssisələrini məlumatlandırmaq, o cümlədən ERASMUS+ proqramının Azərbaycan universitetləri üçün yaratdığı imkanlar, mövcud proqramlar (ERASMUS Mundus, Jean Monnet və digər) və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini maarifləndirmək olub.

Online vebinarda 20-ə yaxın ali təhsil müəssisəsindən 80-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə Milli Erasmus+ Ofisi tərəfindən yeni ERASMUS Mundus proqramı (2021- 2027) haqqında  təqdimat nümayiş edilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

31.03.2021  [ 11:50 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.