AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2021/2022-ci tədris ilində qiyabi formada əlavə ali təhsil almaq üçün sənəd qəbulu elan edir


image small

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada əlavə ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

  • Mühasibat;
  • Maliyyə;
  • İqtisadiyyat;
  • Marketinq;
  • Dövlət və bələdiyyə idarəetməsi;
  • Sosial iş.

Sənədlərin qəbulu 2021-ci il avqustun 31-dək onlayn formada həyata keçiriləcək. Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri qə[email protected] email ünvanına göndərə bilər.

Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər bunlardır:

  • Rektorun adına ərizə;
  • Diplom və əlavəsinin surəti;
  • 3 ədəd fotoşəkil (3 x 4 ölçüdə)

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidir. Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı 1800 AZN müqavilə əsasında ödənilir.

Qeyd: Hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 5 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

Ünvan: Bakı şəhəri, Azadlıq prospekti – 181
Telefon: 0125631307, 0125630688, 0125631540 E-mail: [email protected]

22.04.2021  [ 12:23 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.