25.05.2021-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "İşğaldan azad edilən ərazilərdə Azərbaycanın iqtisadi, sosial və mənəvi yükü" adlı Tələbə Elmi Cəmiyyətinin Microsoft Teams platforması üzərindən online formada elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Akademiyanın Tədris və Elmi işlər üzrə prorektoru professor Fərhad Möhbalıyev konfransın əhəmiyyətindən danışaraq, işğal nəticəsində Qarabağın məhv olmuş təbii və təsərrüfat sahələri haqqında qısa məlumat verib.
"Maliyyə-iqtisad" fakültəsinin dekanı dosent Hicran Mirzəyeva, "Sosial iş" fakültəsinin dekanı Sədaqət Məmmədova çıxış edərək, işğaldan azad edilmiş hər bir rayonumuzun zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malik olduğunu qeyd edib, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın və sosial vəziyyətin daha da yaxşılaşacağından bəhs ediblər.
Konfrans öz işini "İqtisadiyyat və Maliyyə", "Humanitar və Sosial elmlər", "Riyaziyyat və təbiət elmləri" bölmələri üzrə tələbələrin çıxışları ilə davam etdirib.