Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Ümumi fənlər” kafedrasının müəllimi Həsənova Tamilə Oqtay qızının Braziliyanın “TURISMO-ESTUDOS E PRATICAS” jurnalında nəşr etditdiyi“GENOCIDE: THE WORST CRIME AGAINST HUMANITY”(“Soyqırım bəşəriyyətin ən pis cinayətidir”)adlı məqalədə “Referat: Soyqırım anlayışının elmə son əsrdə daxil edilməsinə baxmayaraq, bu qeyri-insani hərəkət çox qədim köklərə malikdir. Bu məqalədə müəllif soyqırım anlayışının hansı xalqların əleyhinə, necə, nə vaxt istifadə edilməsini, nə qədər insanın öldürülməsini faktlarla sübut etmiş və soyqırım cinayətlərinin yalnız Azərbaycan və digər xalqlarla məhdudlaşmadığını göstərmişdir. Lakin, o multikulturalizm dəyərlərinə və düşüncəsinə olan münasibətini dəyişməmişdir. Soyqırım ifadəsi ilk dəfə XX əsrin əvvəllərində Lemkin tərəfindən istifadə edilmişdir, lakin soyqırım və terror aktları müasir yenilənmiş sivil dünyada hələ də törədilməkdədir. Yalnız milliyətinə görə deyil, həm də onların irqinə, siyasi baxışlarına, dini inanclarına görə insanlar şiddətə məruz qalırlar. Dünyada soyqırımla əlaqəli cinayətlərlə məşğul olan bir çox məhkəmələr var. Ancaq bugünə qədər yalnız bir neçə cinayətə baxıldı. Hələ heç bir cinayətkara layiqli cavab verilməyib”. Xülasə hissəsi bir çox alimlərin marağına səbəb olmuşdur. Onlardan bəzilərinin məqalə haqqında söylədikləri fikirləri:
Fransanın INSA Centre Val de Loire universitetinin professoru Sochet Isabelle - Sizin “TURISMO-ESTUDOS E PRATICAS” jurnalında nəşr olunmuş “Soyqırım bəşəriyyətin ən pis cinayətidir” məqaləniz bizi çox təsirləndirdi. Məqalədə bu cinayətin hələ də düzgün qiymətləndirilmədiyi izah edilir və gənc nəsli soyqırım faciəsi ilə davamlı mübarizə aparmağa çağırır.
Laura Yu - “TURISMO-ESTUDOS E PRATICAS” jurnalında nəşr olunmuş “Soyqırım bəşəriyyətin ən pis cinayətidir” məqaləniz bizdə dərin təəssürat yaratdı. Səmimiyyətlə sizi digər dərc olunmamış məqalələrinizi jurnalımıza təqdim etməyə dəvət edirik.
Jurnal redaktorunun müavini Hasan Zhou (Assistant Еԁitоrof International Jοսrnаl of Hospitality & Tourism Management) - Sizin “TURISMO-ESTUDOS E PRATICAS” jurnalında nəşr olunmuş “Soyqırım bəşəriyyətin ən pis cinayətidir” məqaləniz bizim çox marağımıza səbəb oldu sizin digər məqalələriniz haqqında daha çox məlumat əldə etmək istərdik.
Jurnal redaktorunun müavini Johnson Sally (assitant editor) - Sizin “TURISMO-ESTUDOS E PRATICAS” jurnalında nəşr olunmuş “Soyqırım bəşəriyyətin ən pis cinayətidir” başlıqlı dəyərli məqalənizlə tanış olduq və məqalənin mövzusu bizi çox təsirləndirdi.
Akademiyanın müəllimi T.O.Həsənovanı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.