Hörmətli abitruyentlər!!!
İlk öncə hər birinizi tələbə adını qazandığınız üçün təbrik edirik və Akademiymızı seçdiyiniz üçün təşəkkür edirik. Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat təlimatda təqdim edilir. Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.
Ali təhsil müəssisələrinin bakalavr pilləsinə qeydiyyat üzrə e-müraciət sistemi təlimatı (https://edu.gov.az/uploads/news/07/telimat.pdf)
Ali təhsilin bakalavr pilləsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı ən çox soruşulan suallar (https://edu.gov.az/uploads/news/07/faq.pdf)
QEYD: Qeydiyyat başa çatdıqdan və qəbul olmağınız təsdiq olunduqdan sonra Akademiyaya yuxarıda göstərilən sənədlərin əsli təqdim olunmalıdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.