AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA


image small

     10 sentyabr 2021-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəsisi daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanovun təşəbbüsü ilə, həmin idarənin Dövlət Yanğın Nəzarət şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru Natiq Alıkişiyev tərəfindən müəssisənin rəhbər, müəllim və texniki işçilərinə, iştirak etdikləri tədbirdə təhsil müəssisəsində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslübü, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı tələbələrin təxliyyəsi barədə danışılıb. Maarifləndirmə tədbirində “Yataqxana binaları üçün yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar telefon xəttinə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məlumat verilib.

Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

11.09.2021  [ 12:53 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.