AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

04.11.2021 tarixində “ZƏFƏR GÜNÜ” nə həsr olunmuş Tələbə elmi-praktiki konfransı


image small

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə-İqtisad fakültəsi və “Maliyyə və mühasibat uçotu” kafedrasının təşkilatçılığı ilə  04.11.2021 tarixində “ZƏFƏR GÜNÜ” nə  həsr olunmuş  “Post-konflikt ərazilərin dirçəldilməsinin maliyyə problemləri” mövzusunda Microsoft Teams platforması üzərindən Tələbə elmi-praktiki konfransı keçirilmişdir. Konfransa Zəfər bayramının əsl səbəbkarları olan şəhidlərin yad edilməsi ilə başlanılmışdır. Giriş nitqi ilə çıxış edən “Tədris və Elmi İşlər” üzrə prorektor prof. F.F.Möhbalıyev “Zəfər Günü”nə gedən tarixi yolu konfrans iştirakçıları ilə bölüşmüş, Zəfərin əldə edilməsində Azərbaycanın qüdrətli ordusuna, Ali Baş Komandana və bütün Azərbaycan xalqına minnətdarlıq hissini ifadə edərək, konfransın işinə uğurlar arzulamışdır. Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat və magistratura səviyyəsindən olan tələbələr maraqlı mövzularla çıxış etmişdirlər. Zəfər tarixinə həsr olunmuş maraqlı video-çarxlar, “Xarıbülbül” festivalından video görüntülər izlənilmiş və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası kollektivi bu böyük bayramı bütün Azərbaycan xalqı ilə bölüşdüyünü ifadə etmişdir. “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. H.Ə.Mirzəyeva çıxış edərək konfransın çox maraqlı keçdiyini qeyd edərək, bu konfransın məhz “Zəfər Günü”nə həsr edilməsindən məmnunluq duyduğunu bildirmişdir. “Maliyyə və mühasibat uçotu” kafedrasınını müdiri dos. N.Y.Mikayılova çıxış edərək konfransın baş tutmasına görə tələbələrə, kafedranın müəllimlərinə və Akademiyanın rəhbərliyinə öz minnətdarlığını bildirdi.

04.11.2021  [ 15:45 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.