AƏSMA-da dahi Azərbaycan şairi,mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı Akademiyanın rektoru, professor Hüseyn Qaraşov açaraq, Nizami Gəncəvi yaradıcılığının önəmini vurğulayıb, dünya şöhrətli “Xəmsə”nin fəlsəfi düşüncənin zirvəsində dayandığını bildirib.
Daha sonra müəllimlər və tələbələr çıxış edərək dahi sənətkarın əsərlərindən nümunələr səsləndirib, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığının həmvətənlərimizə, doğma Vətəndən ayrı yaşayan gənclərə tarixi keçmişimiz, milli dəyərlərimiz və milli ədəbiyyatımızın öyrədilməsi üçün vacib olduğunu qeyd ediblər