AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Təhsildə bərabər imkanlar üçün Təhsil Tələbə Krediti (TTK)


image small

     Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə AR Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli Qərarı ilə “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası” təsdiq edilmişdir.
Təhsil Tələbə Kreditinin (TTK) ayrılmasında məqsəd təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
TTK-nın sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər və onlara kreditlər güzəştli şərtlərlə verilir.
Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.
Bildiririk ki, cari ilin 23 noyabr tarixindən etibarən TTK üçün müraciətlərin qəbuluna başlanılır. Qeydiyyat prosesi e-ttkf.edu.az portalı vasitəsilə həyata keçiriləcəkdir.

23.11.2021  [ 17:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.