Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradıcılığı mövzu-məzmun, janrlar baxımdan zəngin, rəngarəng olan Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı İntellektual oyun keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Aşıq Ələsgər yaradıcılığının folklorumuzda özünəməxsus yeniliyi, rəngarəngliyi, yüksək bədiiliyi ilə seçildiyini vurğulamış, yarış iştirakçılarına uğurlar arzulamışdır.
Yarışda XIX əsr Azərbaycan həyatının mühüm ictimai-siyasi hadisələrinin bədii əksini öz əsərlərində əks etdirən Aşıq Ələsgər yaradıcılığından suallar tələbələr tərəfindən cavablandırıldı. Komandalar Aşıq Ələsgərin yaradıcılığından nümunələr səsləndirdilər.