Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) Türkiyənin Manisa Celal Bayar Universiteti (MCBU) ilə ikitərəfli formada 2022-2026-cı illər üçün imzaladığı Mevlana Mübadilə Proqramın (MMP) protokolu çərçivəsində tələbə-müəllim mübadiləsinə 2022-ci ildən start verəcək.
İmzalanmış protokola əsasən AƏSMA-dan MCBU-nə və MCBU-dən AƏSMA-ya həm tələbə, həm də müəllimlər Türkiyənin “Yüksək Öğretim Kurulunun (Ali Təhsil Qurumunun)” təqaüdünü qazandıqları halda mübadilədə iştirak edə bilərlər. Belə ki, hər il AƏSMA-dan MCBU-nə seçilmiş ixtisaslar (iqtisadiyyat, menecment və maliyyə) üzrə 2 nəfər olmaqla, 8 ay (2 semestr) müddətinə cəmi 6 nəfər tələbə təqaüdlə təhsil almağa və 2 nəfər olmaqla, minimum 1 həftədən 3 aya qədər (həftəlik 6 saat dərs keçmək şərtilə) cəmi 6 nəfər müəllim tədris prosesində iştirak etmək üçün MMP-nın təqaüdlərindən faydalana bilərlər.
Mübadilə Proqramının təqaüdlərindən faydalanmaq üçün hər il (əsasən fevral ayının ilk 15 günlüyündə) Manisa Celal Bayar Universiteti sənəd qəbulu üçün müsabiqə elan edir və tələb olunan göstəricilərə uyğun gələn tələbə, yəni akademik və dil bilik səviyyələri (Türkcə və ya İngiliscə) yüksək olanlar, həmçinin müəllimlər tələb olunacaq sənədlərini təlimata uyğun olaraq toplayıb AƏSMA-nın Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər. Toplanmış sənədlər AƏSMA-dan MCBU-nə göndərilir və müəyyən olunacaq tarixlərdə sənədlər MCBU-nin cavabdeh şəxsləri tərəfindən araşdırılır və təqaüdün ayrılması üçün Türkiyənin “Yüksək Öğretim Kuruluna (Ali Təhsil Qurumuna)” göndərilir. YÖK tərəfindən veriləcək yekun qərara uyğun olaraq seçiləcək tələbə və müəllimlər təqaüd almaları barədə rəsmi məktub alırlar ki, onun əsasında da onlar mübadilədə iştirak etmək hüququ qazanırlar.
Mevlana Mübadilə Proqramının məqsədi Türkiyə “Yüksək Öğretim Kurulu (Ali Təhsil Qurumu)” tərəfindən Türkiyə Ali Təhsil Müəssisələri (ATM) ilə digər ölkələrin ATM-i arasında tələbə və müəllim heyətinin mübadiləsini təşkil etməkdir. Proqram çərçivəsində həmçinin Türkiyə universitetləri, dünya universitetləri arasındakı müəllim-tələbə mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.
AƏSMA-nın Beynəlxalq əlaqələr şöbəsi MCBU-dən mübadilə proqramına müraciət qaydaları və tələb olunan sənədlər haqqında daha dəqiq və ətraflı məlumat aldığı zaman Akademiyanın saytı (https://aesma.edu.az/az/home) və Facebook sosial səhifəsi (www.facebook.com/aesma.edu.az) vasitəsilə paylaşacaq. Şöbə həmçinin Türkiyənin digər ATM-i ilə MMP-na qatılmaq və protokollarının AƏSMA rəhbərliyi tərəfindən imzalanması istiqamətində işlər aparmaqdadır.
Mevlana Mübadilə Proqramı haqqında daha ətraflı məlumat üçün təqdim olunan linklərdən faydalanmaq olar: