logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev daha iki yüksək mükafatla təltif olundu


image small

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, professor Səttar Möhbalıyev dünya iqtisadiyyatı və mədəniyyəti sahəsindəki xidmətlərinə görə Avropa Lideri Ulduzu Ordeni və “İlin İctimai Xadimi” Beynəlxalq Fəxri adı ilə təltif edildi. O, bu mükafatlara Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən layiq görülüb.

Qeyd edək ki, S.Möhbalıyev AHİK-in sədri kimi həmkarlar ittifaqlarında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına (BHİK) ilkin üzv olan təşkilatlardan biridir.

S.Möhbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvü, Milli Məclisin deputatı, Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai birliklər və dini qurumlar komitəsinin, intizam komissiyasının, BHİK-in Sədrlər Şurasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

2014-cü ildən BHİK-in, 2015-ci ildən isə Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

2019-cu ildə yenidən PARŞ-ın vitse-prezidenti seçilib.

İqtisad elmləri doktoru, professordur. “Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri”, “Keçid dövründə əmək bazarı və məşğulluq siyasəti”, “Əmək bazarı, məşğulluq və işsizliyin elmi - nəzəri əsasları”, “Beynəlxalq Əmək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri”, “Əmək bazarı və əhalinin sosial müdafiəsi” kitablarının və bir sıra elmi məqalələrin müəllifidir.

Azərbaycan Respublikasının “Şöhrət” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının qızıl və gümüş medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə şəhəri) qərarı ilə görkəmli Mütəfəkkir Qotfrid Vilhelm Leybnis medalı və “Elm və sülh səfiri” Beynəlxalq fəxri adına və Mahmud Kaşğari adına Fondun təsis etdiyi “Mahmud Kaşğari” mükafatına layiq görülmüşdür.

03.02.2020  [ 19:44 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.