Tələbə Həmkarlar Təşkilatına hesabat-seçki konfransı keçirilmişdir

21.02.2020-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar Təşkilatında hesabat-seçki konfransı keçirilmişdir. Konfransda Akademiyanın Tədris və elmi işlər üzrə  prorektoru Fərhad Möhbalıyev  tələbələrlə iş sahəsində görülən işlərdən danışmış, tələbələrə və seçiləcək yeni sədrə və idarə heyyətinə  uğurlar arzulamışdır.

Tələbə Həmkarlar Təşkilatın sədri Seyid Məmmədov hesabatı dinlənildikdən sonra seçki prosesi başlamışdır.

Gizli səsvermə ilə keçirilən seçkidə, səs çoxluğu ilə akademyanın 3-cü kurs tələbəsi Cəfərov Nicat təşkilatın yeni sədri seçilmişdir.