AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AƏSMA-da onlayn formatda imtahanlara start verildi!


image small

    İyunun 8-də  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ilk dəfə olaraq onlİNE formatda semestr imtahanlarının keçirilməsinə başlanıb. 10:00-da başlayan imtahanda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub.  

   Qeyd edək ki, ölkədə Koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mart ayının 3-dən bütün təhsil müəssisələrində, o cümlədən  AƏSMA-da ənənəvi tədris dayandırılıb, aprelin 13-dən isə  AƏSMA-da Microsoft Teams platforması üzərindən online təhsilə start verilib. Ona görə də tələbələrin imtahana hazırlığı da online formatda təşkil olunub və imtahan öncəsi tələbələrə güzəştlər olunub.  

   Onu da qeyd edək ki, bu gün AƏSMA-da start götürən online yay imtahan sessiyası iyulun 9-da yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust-sentyabr aylarında növbəti dəfə imtahan verə biləcəklər.

09.06.2020  [ 18:50 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.