Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları davam edir.

25.06.2020-ci il tarixinədək Akademiyda Microsoft Teams platforması vasitəsilə 109 online qaydada şifahi imtahan keçirilmişdir. Ümümlikdə Akademiya tələbələrinin 96%-i  keçirilən imtahanlarda iştirak etmişdir.

Onu da qeyd edək ki, tədris ilinin yaz semestrinin imtahanları 9 iyul tarixində   yekunlaşacaq.  İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust sentyabr aylarında növbəti dəfə imtahan verə biləcəklər.