AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

20 Yanvar faciəsinə həsr olunmuş tədbir


image small

    18.01.22-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov bu tədbirin məqsəd və məramını açıqlamış, faciə barədə məlumat vermişdir. Professor Hüseyn Qaraşov qanlı yanvar gecəsində baş vermiş hadisələr, xalqımızın oyanış ruhu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçı siyasəti barədə məlumat vermiş, 20 yanvar gecəsi xalqımızın Sovet ordusuna qarşı dəyanətlə duruş gətirməsi, lakin ordunun mülki əhaliyə, silahsız insanlara, hətta uşaqlara və yaralılara kömək etmək istəyən həkimlərə qarşı silah işlədərək onları gülləbaran etməsi haqqında ürək ağrısı ilə söz açmışdır.

Daha sonra çıxış edən Akademiyanın tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmişdir. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir.

O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Tədbirin sonunda 20 Yanvar faciəsinə aid videoçarx nümayiş etdirilmişdir. 

19.01.2022  [ 11:07 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.