11.02.22-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə-İqtisad fakültəsi”nin “İqtisadiyyat və idarəetmə kafedrası”nın təşkilatçılığı ilə 2 fevral “AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ” nə həsr olunmuş “Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində gənclərin rolu” mövzusunda doktorant, magistr və tələbələrin Respublika Elmi-praktiki konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru, professor Fərhad Möhbalıyev qeyd etmişdir ki, bütün dövrlərdə sosial siyasət, insanların yaşayış şəraitinin və maddi rifah halının yaxşılaşdırılması istiqamətləri dövlətin iqtisadi siyasətinin əsasını təşkil etmişdir. Bu istiqamətdə isə, gəncliyə dövlət qayğısı xüsusilə yaddaqalandır. Son illər ölkədə aparılan kadr islahatları zamanı müxtəlif sahələrdə, xüsusən də gənclərlə iş sahəsində kifayət qədər təcrübəyə malik olan bacarıqlı gənc kadrların mərkəzi dövlət idarəetmə orqanlarında, qeyri-hökumət təşkilatlarında çalışan, öz fəallığı, bacarığı və intellektual səviyyəsi ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə, o cümlədən gənclər siyasətinin həyata keçirilməsinə yaxından cəlb olunması deyilənləri bir daha təsdiq edir. Bu isə ölkə başçısının gəncliyə və gənclərə olan etimadından irəli gəlir.
Konfransda Akademiyanın doktorant, magistr və tələbələri ilə yanaşı BDU, DİA, ADİU, SDU, AKU, ATU doktorant, magistr və tələbələri öz elmi məqalələri ilə çıxış ediblər.
Sonda professor Fərhad Möhbalıyev Respublika Elmi-praktiki konfransının təşkil edilməsində “İqtisadiyyat və idarəetmə kafedrası”nın müdiri i.e.d. Vilayət İsmayılova öz təşəkkürünü etdi və bu kimi konfranslarının təşkil edilməsinin doktorant, magistr və tələbələrin biliklərinin artırılmasında və özlərinin şəxsi inkişafında müstəsna rolu olduğunu bildirdi.
Konfransın video görüntüsünə link vasitəsilə baxa bilərsiz