AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

15.03.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramına həsr olunmuş tədbir


image small

     15.03.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Akademiyanın professor- müəllim-heyəti və tələbələri iştirak edib.

Tədbirdə çıxış edən AƏSMA-nun rektor köməkçisi dos. S.Ş.Məmmədov Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. O deyib ki, bu bayram bizim tarixi keçmişimizə sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.

Təbdir Akademiyanın foyesində kitabxana şöbəsinin müdiri M.H.Abdullayevanın, fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib, həmçinin Akademiyanın tələbələri tərəfindən hazırlanan musiqi və rəqs qrupunun təqdim etdiyi rəqslər alqışlarla qarşılanıb.

15.03.2022  [ 12:13 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.