17.03.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “Maliyyə-iqtisad” fakültəsinin təşkilatçılığı ilə İnvestAZ investisiya şirkətinin baş mütəxəssisi i.ü.f.d. Rövşən Məmmədovun təqdimatında “Birjada qiymətin düşməsindən necə qazanmaq olar?” mövzusunda seminar keçirilmişdir.
İnvestAZ şirkətinin Tədris və analitika” departamentinin baş mütəxəssisi i.ü.f.d. Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca detallara aydınlıq gətiridi. Fikir mübadiləsi formatında keçirilən seminarda təcrübi nümunələrin göstərilməsi tələbələrdə böyük maraq yaratdı. Təlim zamanı maliyyə bazarlarında qiymət dinamikliyi, birjadan pul qazanmaq imkanları, sahə üzrə uğurlu strategiyalar kimi mövzulara toxunuldu.
Seminarın sonunda təlimçi tələbələrin maliyyə savadlarını artırmaq məqsədilə Forex, birjada qiymətlər, ticarətdə müvəffəqiyyət qazanmağın yolları, maliyyə bazarlarındakı yeni tendensiyalar mövzusunda suallarını cavablandırıldı.
Tədbirin sonunda seminarda aktiv iştirak edən tələbələrə kitab hədiyyə edildi.