Ekoloji könüllülük kurslarında nə maraqlı idi?

5 günlük kursların   dinləyiciləri  proqrama uyğun aşağdakı mövzuları dinləyiblər: Ekoloji könüllülük: inkişafın məqsədləri və vəzifələ Səyyarə Məmmədova - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyini Aparatın Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri, Sosial könüllülük: mahiyyəti, xarakterik xüsusiyyətləri -Humay Qasımlı -Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Könüllülərlə iş şöbəsinin mütəxəssisi. Təlimçilər mövzularla bağlı ətraflı məlumat verdilər və könüllər hərəkatını öz təşkilatlarında yaratmaq  məqsədi ilə əlaqə saxlamaq üçün tövsiyyə veriblər. Dinləyicilər təlimçilərə öz minnətdarlıqlarını bildiriblər və onlara fəaliyyətlərində uğurlar arzulamışlar.

Həmin gün könüllülər qrupunda həmkarlar ittifaqı hərəkatının inkişafının aktual problemlərinə aid mövzu əlavə olaraq daxil edilmişdir və bununla əlaqədar Abbasəli Rüstəmli - “Taghiyev Operating Company” MMC HİK-in  sədri dəvət olunmuşdu.

Abbasəli - müəllim öz təcrübəsinə əsaslanaraq bu kimi məsələlərdə çoxlu faydalı məsləhətlər verdi, həmçinin həmkarlar ittifaqı liderləri həmkarlar ittifaqı işinin təşkili necə qurulmalıdı, həmkarlar ittifaqı fəalları ilə işi necə aparımalıdı, işəgötürənlə necə münasibət qurulmalıdı xüsusilə kollektiv müqavilənin bağlanması ərəfəsində,  tədbirlərin keçirilməsi və s. dinləyicilər çoxsaylı suallar verdilər və məşğələ qızğın müzakirə şəraitində keçdi. Müzakirənin sonunda gənc həmkarlar ittifaqı rəhbərləri Abbasəli müəllimə verdiyi və öz təcrübələrində tətbiq edə biləcəkləri peşəkar məsləhətlərə görə təşəkkür etdilər.