Gənc həmkarlar ittifaqı liderləri və könüllülər hərəkatı: reallıq və perspektivlər

Bu ilin noyabrın 25-də  Azərbayacn Əmək və Sosial Münasibətlər  Akademiyada “Könüllülər hərəkatı: gənclərin potensialının inkişafında mahiyyət, reallıq və perspektivlər” mövzusunda  gənc həmkarlar ittifaqı fəalları, təlimatçılar, həmkarlar ittifaqı gənclər şura sədrləri və üzvləri üçün 5 günlük kurslar təşkil edildi. Kurslarda Dəniz Nəqliyyatı, Fövqəladə Hallar Nazirliyi İşçilərinin ⅠⅠⅠ.‹‹Azərsu›› Təsərrüfatı,  ‹‹Kənd-Qida-İş››,  Neft və Qaz Sənayesi, Sahibkarlıq,Özəl Elm və Yüngül,Təhsil sahə həmkarlar ittifaqı orqanlarının nümayəndələri iştirak etmişlər.

Bu gün Azərbaycanda könüllülük hərəkatı çox fəal inkişaf edir və gənclərin yaradıcılıq potensialına çox müsbət təsir göstərir, xüsusilə COP-29  keçirilməsi də bunu nümayiş etdirib. Bununla əlaqədar Həmkarlar ittifaqı liderlərimiz üçün kurslar təşkil etmişik  və proqram təkcə könüllülər hərəkatının əsasları ilə bağlı mövzuları deyil, həm də onlarla birbaşa təmasda olan digərlər mövzuları da əhatə edir. Beləliklə, proqrama aşağıdakı mövzular daxil edilmişdi:Könüllülük proqramlarının həyata keçirilməsi prosesi: mahiyyəti və məqsədləri”, “Azərbaycanda könüllülər hərəkatı: motivlər, reallıq və perspektivlər”, “ Ekoloji könüllülük: inkişafın məqsədləri və vəzifələri”, “Sosial könüllülük: mahiyyəti, xarakterik xüsusiyyətləri”, “Könüllülükdə müasir tendensiyalar” müzakirə platformaları”,“Layihənin idarə edilməsinin əsasları. Təşəbbüs. Planlaşdırmanın əsasları. Planlaşdırma cədvəli, büdcə, risklər .İcra, Dəyişiklik və Komanda işi. Layihənin tamamlanması”.

Dərslərin keçirilməsinə bu hərəkatın təşkili ilə bilavasitə əlaqəsi olan mütəxəssislər dəvət olunurdu: Gülnarə Şahmuradova - Azərbaycan Respublikasının Təhsil İnstitututunun elmi işçisi,  Sona Səlimova- Empa TV (internet televiziyası) mütəxəssis, AR Əmək və Əhalinin sosial Müdafiə Nazirliyinin  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əməkdaşları  İlahə Məstəliyeva-Proqramlar və layihələr ” şöbəsinin mütəxəssisi və  Nuray Qasımlı – “Könüllülərlə iş” şöbəsinin mütəxəssisi,  Nailə  Qəhrəmanova – Azərbaycan Əmək və Sosial Münasibtlər Akademiyası “Humanitar fənlər ” kafedrasının müdiri, Səyyarə Məmmədova  - AR Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin “Ekoloji maarifləndirmə və kommunikasiya” şöbəsinin müdiri.

Əvvəldə qeyd edildiyi kimi, gənclər İKT-yə həmişə böyük əhəmiyyət verirlər, ona görə də “İKT sahəsində gələcəyin peşələri, Peşələrin rəqəmsallaşması mövzusunu Heydər Şükürov – AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzinTelekom” MMC şöbə müdiri və İnternet rabitə mühitinin xüsusiyyətləri və üstünlükləri. Fərdi iş texnikası mövzusunu isə Rəşad Əliyev-Bakı Dövlət Universitetinin müəllimi, İT  eksperti  izah etdilər.

Bütün təlimlər interaktiv və fəal şəkildə keçirildi. Və təbii ki, kurslara həmkarlar ittifaqı liderlərinin potensialının şəxsi inkişafı ilə bağlı mövzular da daxil olunmuşdu və psixoloqlarımız burada çox səmərəli məşğələləri keçirdilər: “İdarəetmə fəaliyyətinin psixologiyası”, “ Münaqişələrin həlli və könüllü mühitdə stress müqavimətinin artırılması”  Könül Mikayılzadə - Azərbaycan Respublikası Təhsil  İnstitutunun  “Təhsilin nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisiMəsməxanım Hacıyeva – “ Senur” Psixoloji Mərkəzin  psixoloqu  Özünü təqdim etmə sənəti və ictimaiyyət qarşısında çıxış etmək bacarığı.“İctimai natiqlik texnikaları” Nitq vəziyyəti. Natiqin məqsədləri və imici. Auditoriyanın təhlili. Hazırlıq. Həyəcan”.  

Dinləyicilər ilk gün sorğu vərəqlərinə daxil olan kursun proqramına müsbət cavab verdilər Belə ki, kursun dinləyiciləri Röyə Rzayeva - Dövlət su ehtiyatları Agentliyi, Mustafayev Ramiz "SOCAR Petroleum" QSC, Quliyev Orxan- Heydər Əliyev  adına Neft Emalı Zavodu, Oruclu-Məmmədli Ayşən Zığ Gəmi -Təmir zavodu,  Məlikov Musa Bakı Dövlət Universiteti -mövzularla bağlı fikirlərini çox fəal və əsaslı şəkildə bildirdilər və bu, ilk dərsin sonunda təlimçilərin dərslərin qiymətləndirilməsində görünürdü. Kursun  axırıncı gün yekun müsahibə  keçirəcək və sertifikatların təqdimatı planlaşdırılır.