25 noyabr tarixdə “Həmkarlar ttifaqı təşkilatının fəaliyyətinin kommunikasiya sistemləri və informasiya texnologiyalarının təmin edilməsi” mövzusunda gənc həmkarlar ittifaqı fəalları, təlimatçılar, həmkarlar ittifaqı gənclər şura sədrləri və üzvləri üçün 5 günlük kurslar başladı.
Kurs proqramına aşağıdakı mövzular daxildir: “Rəqəmsal dövrün tələbləri - rəqəmsal insan ”, “Həmkarlar ittifaqı işində müasir informasiya texnologiyaları”, “İnternet rabitə mühitinin xüsusiyyətləri və üstünlüklər”, “İKT sahəsində gələcəyin peşələri. Peşələrin rəqəmsallaşması”, “Rəqəmsallaşdırma və informasiya işləri : yeni alətləri mənimsəmək, səmərəliliyi artırmaq”, “Fərdi iş texnikası”, “PR strategiyasının psixoloji vasitələri və metodları. İnnovativ təşkilatlar üçün rəqəmsal PR strategiyası”,“Rəqabətli insan kapitalının və müasir innovasiya məkanının formalaşdırılması”, Rəqəmsallaşma dövründə və kadr hazırlığı inkişafı”, “Komanda təlimi və dəstək sistemi. Rəqəmsal alətlər, “Sosial mediada reputasiyanın idarə edilməsi. Sosial media platformalarının məzmun baxımından müqayisəli təhlili”.
Müvafiq proqramdakı mövzularla yanaşı, bu gün gənclərin, xüsusən maraqlandığı mövzuları da daxil etmişik: “Həmkarlar ittifaqı lideri və motivasiya:əsas istiqamətləri, təcrübə və perspektivləri”, “ Həmkarlar ittifaqları və gənclər: bu günü və gələcəyi”, “ AR Əmək Məcəlləsi : izahlar və şərhlər”, “Startup fəaliyyəti - əsas istiqamətlər”, “Müsahibə zamanı özünü təqdimetmə texnikası”. Bu mövzular və müvafiq təqdimatlar həmkarlar ittifaqı işçiləri və psixoloqlar tərəfindən aparılmışdır: Cəmaləddin İsmayılov- “ Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidenti, Abbasəli Rüstəmli - “Taghiyev Operating Company” MMC HİK-in sədri, Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisi, Məsməxanım Hacıyeva – “ Senur” Psixoloji Mərkəzin psixoloqu.
Təlimləri keçirmək üçün müvafiq mütəxəssislər dəvət olunmuşlar: AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları: Gülnar Mir-Hüseynova- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin baş layihə meneceri, Heydər Şükürov – “AzinTelekom” MMC şöbə müdiri, Kamran Hacıyev-“AzinTelekom” MMC Maliyyə departamentinin “ Büdcə və iqtisadi təhlili“ şöbəsinin “Müştərilərlə hesablamalar” sektorunun mütəxəssisi, Nurlan Əsgərov - AR Aztelekom MMC “1 saylı Rabitə Xidmətləri “ Mərkəzinin İnternet xidmətləri ” şöbəsinin müdiri , Emin Davudov - Tədbirlər şöbəsinin mütəxəssisi, İlqar Əhmədov- Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin İctimayyətlə əlaqələr və kommunikasiya departamentinin böyük mütəxəssisi, Nailə Qəhrəmanova- Azərbaycaycan Əmək və Sosial Münasibətlər Akademiyası “ Humanitar fənlər” kafedrasının müdiri.
Bütün tədris prosesi interaktiv tədris metodları üzərində qurulub. Həmişə olduğu kimi, dinləyicilərə təlimçilərin çıxışları qiymətləndirdilər və kursları faydalı keçirilməsi üçün şifahi təkliflər verdilər.
Kursların nəticələrinə əsasən yekun müsahibə keçiriləcək, daha sonra sertifikatlar təqdim olunacaq.