logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyada “Əmək bazarı: mövcud vəziyyət, prioritetlər və çağırışlar” mövzusunda seminar keçirildi


image small

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “İqtisadiyyat və idarəetmə” kafedrasının və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan regional məşğulluq filialının təşkilatçılığı ilə Akademiyanın tələbələri üçün filialın müdir müavini Məmmədov Xaqani Hüseyn oğlu tərəfindən “Əmək bazarı: mövcud vəziyyət, prioritetlər və çağırışlar” mövzusunda gələcək nəslin karyera planlaşdırılmasında rolu və əhəmiyyəti iqtiqamətində peşə seçimi ilə bağlı seminar keçirilmişdir. Qeyd edək ki, Xaqani Məmmədov 2007-2021-ci illərdə Akademiyada rektor köməkçisi və müəllim vəzifələrində çalışmışdır.

Akademiyanın professor-müəllim heyəti və tələbələrlə keçirilən seminarda təhsil müəssisələri və agentlik arasındakı əməkdaşlığın mövcud vəziyyətindən, karyera mərkəzinin işinin müasir dövrün tələblərinə uyğunluğundan, müasir əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşmasına agentliyin yanaşmaları və yeni imkanlar barədə müzakirələr aparıldı. Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə xahiş edildi ki, Akademiyanın tədris binasında bu ildə “Əmək yarmarkası”nın keçirilməsi təşkil edilsin.

25.10.2024  [ 11:03 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.