"İqtisadiyyat
və idarəetmə" kafedrasının müəllimi Nicat Əjdərlinin "Sosial İş"
ixtisası 510 A qrupunda “İnsan resurslarının psixologiyası və ünsiyyət” mövzusunda
nümunəvi dərsi 25 oktyabr 2024-cü ildə baş tutmuşdur. Dərsdə "Tədrisin
keyfiyyəti və təminatı" şöbəsinin müdiri Pərvin Məmmədova "Maliyyə-iqtisad"
fakültəsinin dekanı dosent Lalə Mahmudova "Sosial iş" fakültəsinin
dekanı dosent Nurəngiz Mikayılova kafedranın aparıcı müəllimləri və metodistlər
iştirak etdilər. Dərsdə tələbələr interaktiv metodlardan istifadə etməklə
mövzunu cavablandırdılar və müvafiq qiymətlərlə müəllim tərəfindən qiymətləndirdilər.
Dərs bitdikdən sonra iştirak edənlərlə birlikdə kafedrada dərsin müzakirəsi aparıldı.