Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının Magistratura şöbəsinin müdiri f.f.d., dos. Zeynəddin Şabanov
Türkiyə Respublikasının Ege Universitetinin "Uluslararası Türkiyə-Rusiya
ilişkiləri” mövzusunda təşkil etdiyi simpoziumda çıxış etmişdir. İnternet üzərindən
beynəlxalq tədbirə qoşulan
Z.Şabanov “Sosial siyasət rifah göstəricisi
kimi” adlı məruzəsində ölkənin əhalinin sosial ehtiyac və tələbatlarının ödənilməsi,
sosial müdafiə sisteminin təkmilləşdirilməsi, pensiya sisteminin maliyyə dayanıqlılığı,
yardım sisteminin müasirləşdirilməsi və şaxələndirilməsi üçün beynəlxalq
standartlara cavab verən və sosial ədalət prinsipinə əsaslanan sosial siyasətini
ətraflı təhlil etmiş, sosial islahatlarının maliyyə təminatının
yaxşılaşdırılması, büdcədən bu məqsədə ayrılan vəsaitin həcminin ildən ilə yüksəldilməsi,
işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması sahəsində, şəhid ailələri,
əlillər, müharibə veteranları, qazilər, aztəminatlı və çoxuşaqlı ailələr, kimsəsiz
qocalar,valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirlilməsi
üçün mütəmadi olaraq zəruri addımlar atıldığını, lazımi tədbirlərin həyata
keçirildiyini vurğulamışdır. Məruzəçi cəmiyyətdə sosial lift rolunu oynayan həmkarlar
ittifaqlarının dövlətin sosial siyasətinə dəstək verdiyini, minlərlə vətəndaşa
maddi yardım və köməkliklərin edildiyini, onların istirahətini yüksək səviyyədə
keçirməsi, sağlamlığının qorunması üçün yollayışlar verdiyini, işçilərə layiqli
əmək şəraitinin yaradılmasında xüsusi fəallıq göstərdiyini bildirmişdir.