logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

HR məsələləri üzrə 10 günlük kurslar davam edir.


image small

Bu proqramın əsas mövzularını AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini  Elşad  Əliyev və “Dövlət qulluğu və kadr məsələləri ” şöbəsinin “Təlim və təhlil” sektorunun müdiri Elçin Cəfərov  keçmişlər.

Bu həftə onlar aşağıdakı mövzuları təqdim etdilər: Sənədlər HR qeydlərinin idarə edilməsi.(Əsas anlayışlar, Dövlət Standartında sənədin tərifi. Sənədin sosial mahiyyəti və funksiyaları), Kadr uçotunun idarə edilməsinin xüsusiyyətləri. (İşə qəbul üçün sənədlərin hazırlanması. Büdcədənkənar fondlarla qarşılıqlı əlaqə. Əmək və sığorta təcrübəsinin hesablanması. Müvəqqəti əlillik şəhadətnamələrinin qeydiyyatı. Yerli qaydaların qeydiyyatı. Əmək kitabçaları), Kadrların effektiv idarə edilməsi. Seminar (Performans( effektiv) İdarəetmə; İşçi potensialının qiymətləndirilməsinə yanaşmalar, Vəzifəyə namizədlərin yaradıcılıq potensialının və yaradıcılıq yaşının müəyyən edilməsi. (Şəxsin psixoloji xüsusiyyətləri və vəzifəyə qəbul zamanı onların əhəmiyyəti.). Test iş üçün müraciət edənlərin işgüzar və şəxsi keyfiyyətlərinin müəyyən edilməsi üsulu kimi. (Ünsiyyət və təşkilatçılıq bacarıqlarının müəyyən edilməsi).

Hər bir mütəxəssis təlimin aparılması və praktiki məşğələ texnologiyası üzrə çox peşəkarlıq göstəriblər. Belə ki,Elçin Cəfərov təlim prosesində dinləyicilərə Komanda effektivliyi anketi təqdim etdi və müvafiq meyarlar əsasında komanda effektliyi ölçüldü, zəif və güclü tərəflər müəyyən olundu. Mütəxəssisin istifadə etdiyi bu yeni yanaşma xüsusi effekt verdi. Elşad Əliyev isə   blits-oyun şəklində keçirdi. Bu metod özünəməxsus şəkildə müsbət təsir göstərdi,dinləyicilər  10 günlük kursda təkcə bu sahədə öz biliklərini deyil, həm də əldə etdikləri bacarıqları nümayiş etdirmək imkanı verdi.

İxtisaslaşdırılmış suallarla yanaşı dinləyicilər «Həmkarlar ittifaqları tərəfindən işçilərin hüquqlarının müdafiəsinin əsas istiqamətləri, forma və üsulları”, “Dəyişiklik dövründə liderlik (Liderlik potensialı: modellər və qiymətləndirmə üsulları;Lider və komanda) kimi mövzuları dinləyiblər.

Müvafiq mövzuda çıxış edənlərin hər biri-Nailə Qəhrəmanova – Azərbaycan Əmək və SMA “Humanitar fənlər” kafedrasının müdiri və Nurəddin İbrahimov - AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “ Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elm.üzrə f.d.. hüquqi aktlara, liderin formalaşdırılmasına və onun keyfiyyətlərinə dair dövlət proqramları və digər metodiki vəsaitlərə istinad edərək, çox savadlı və maraqlı şəkildə, praktiki təcrübəyə, xüsusən də beynəlxalq təcrübəyə əsaslanaraq bu mövzuları izahat etdilər. Müəllimlər hər biri təqdim etdikləri mövzunun bütün aspektləri üzərində çox ətraflı danışmış və hər bir sual qızğın müzakirələrə səbəb olmuşdur və bu, tədris prosesinin xarakterinə çox müsbət təsir göstərir.

13.10.2024  [ 07:19 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.