logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan əmək və Sosial Münasibətlər Akademiyası və “Azərkimiya İB” həmkarlar ittifaqı təşkilatı öz həmkarlar ittifaqı fəalları üçün birgə təlim keçirilir


image small

Cari ilin 8-10 oktyabr tarixlərində  Neft və Qaz sənayesi  HİRK-nin “ Azərkimya” İB və Azərbaycan əmək və sosail Münasibətləe Akademiyası  həmkarlar ittifaqı fəalları üçün  birgə kurslar təşkil olunub. Təlimin proqramına aşağdakı mövzular daxil edilmişdi:Mediasiya haqqında ümumi müddeallar. Vasitəçinin hüquqi statusu.Vasitəçilik proseduru”, “Həmkarlar ittifaqlarının əsas funksiyaları. Təşkilati işin əsas istiqamətləri. Həmkarlar ittifaqı təşkilatında informasiya işi.  İnformasiya ilə işləmə texnologiyaları İlk həmkarlar ittifaqı təşkilatında kargüzarlıq. Həmkarlar ittifaqı üzvlüyü və həmkarlar ittifaqı fəaliyyəti üçün motivasiya”,Əməyin motivasiyası, müasir işçinin ehtiyacları.Motivasiya prosesi üçün informasiya dəstəyi.Motivasiya tədbirlərinin təşkili”,  Həmkarlar ittifaqları və işəgötürənlər arasında qarşılıqlı əlaqə. Kollektiv müqavilə əsas sənəd kimi”,Əməyin mühafizəsi işinə normativ və hüquqi təminat. Əməyin mühafizəsinin təşkili və işçilərin əməyin mühafizəsi hüquqlarının təmin edilməsi”,  “İşçilərin özünü müdafiəsi. Özünümüdafiə əmək   hüquqlarını qorumaq üsulu kimi”,Kibertəhlükəsizlik: əsas konseptlər, ümumi təhdidlər və zəifliklər”, “ Həmkarlar ittifaqı liderinin imici. Komanda və lider.

Bu kursları keçirmək üçün Nailə Qəhrəmanova- Azərbaycan Əmək və SMA “ Hümanitar fənlər ” kafedranın müdiri  , Abbasəli Rüstəmli – “Tağiyev Operating Company” MMC HİK sədri, Könül Mikayılzadə-Azərbaycan Respublikası Təhsil İnstitutunun “Təhsilin nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisi, Ramin İsmayılov-Neft və Qaz sən. İş. HİRK sosial-iqtisadi şöbəsinin müdiri ,Rauf Əliyev-  AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının “Dövlət qulliğu və kadr  məsələləri ” şöbəsinin  müdir müavini , Rüztəm Müzəffərov-– AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti “Kibertəhlükəsizliyin idarə edilməsi” sektorunun aparıcı məsləhətçisi  Məsməxanım Hacıyeva –“Senur”Psixoloyı Mərkəzinin psixoloqu dəvət olunmuşdular.

Həmkarlar ittifaqı komitə sədri  Aydın Xəlilovun giriş sözində həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin səmərəli müdafiəsi üçün zəruri olan bu kursların keçirilməsinin vacibliyi barədəqeyd etdi. Dəvət olunanların hər biri təqdimatlarla çıxış edərək müvafiq mövzuları peşəkarcasına işıqlandırmışdılar. Kursun axırında  həmkarlar ittifaqı komitəsinin sədri və onun fəalları çıxış edən mütəxəssislərə minnətdarlıqlarını və təşəkkürlərini bildirmiş, fəalların təliminin bu formatda   tətbiq etməyi təklif etmişlər.

10.10.2024  [ 10:24 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.