logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“AHİK Könüllüləri” Proqramına start verilir


image small

Gənclərə əla xəbərimiz var!
İşçilərin ali nümayəndəli orqanı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəmiyyətimizin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində ictimai fəal könüllü qruplarını formalaşdırmaq məqsədilə “AHİK Könüllüləri” Proqramına start verir!
🎯Sizi burada nələr gözləyir?
🔷Məlumatlandırıcı sessiya və təlimlər;
🔷Komanda işləri;
🔷Konfederasiya, üzv təşkilatları və tabeli müəssisələrin gündəlik iş həyatında təcrübə imkanı;
🔷Tədbirlərin təşkilində iştirak;
🔷Sertifikasiyalı könüllülük imkanı və s.
ℹ️ Könüllülərin seçimi ilkin qeydiyyat, müsahibə və dəyərləndirmə olmaqla üç mərhələdən ibarət olacaq.
Növbəti addımda seçilən könüllülər “Stage” və “StagePro” olmaqla iki mərhələdən ibarət proqrama qoşulacaqlar. Proqramda iştirak hər mərhələ üçün 2 ay nəzərdə tutulur. Könüllülər müvafiq olaraq Konfederasiyanın mərkəzi aparatında, eləcə də üzv və tabeli təşkilatlarında fəaliyyətə cəlb olunacaqlar.
👥Kimlər müraciət edə bilər?
🔶Azərbaycan Respublikasının vətəndaşı olan 18-25 yaş arası gənclər;
🔶Analitik düşünmə qabiliyyətli, intellektli və nizam-intizamlı gənclər;
🔶Təhsil alan və ya məzun olan bütün gənclər;
🔶Xarici dil biliyinin olması üstünlükdür;
🔶Daha öncə könüllülük tərcübəsi olması üstünlükdür.
Əgər siz də bu şərtləri oxuduqca özünüzü burada gördünüzsə, o zaman https://bit.ly/AHİKkönüllüləri linki vasitəsilə proqrama müraciət etməyə tələsin!
Son müraciət tarixi: 30 oktyabr 2024-cü il, saat 18:00

11.10.2024  [ 07:31 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.