Vətən müharibəsi şəhidlərinin
ailələrinin, qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu
qeyd edən AHİK sədri Sahib Məmmədov həssas kateqoriyadan olan insanların
məsələlərinin Konfederasiya tərəfindən də diqqətdə saxlanıldığını bildirib.
Vurğulayıb ki, şəhid ailələrinə və qazilərə həssas yanaşma vəzifəsindən,
mövqeyindən asılı olmayaraq, hər birimizin borcudur.
AHİK ilə “YAŞAT”
Fondu arasında mövcud əməkdaşlığa toxunan Konfederasiya sədri qarşılıqlı
əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib, əməkdaşlığın
perspektivləri barədə fikirlərini səsləndirib.
“YAŞAT” Fondunun
rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov isə rəhbərlik etdiyi qurumun gördüyü
işlər barədə danışıb. Bildirib ki, Fond yarandığı gündən etibarən ölkəmizin
ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi
qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi
sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir və
bu tədbirlərin şəffaf şəraitdə həyata keçirilməsinə çalışır. Elvin Hüseynov
dəstək məqsədilə həyata keçirilən tədbirlərdə ədalətlilik və növbəlilik
prinsipinin önəmini də diqqətə çatdırıb.
Görüşdə həmçinin
həssas qrupdan olan insanların məşğulluğunun təmin olunmasının, peşə
hazırlığına cəlb edilməsinin vacibliyi AHİK sədri tərəfindən qeyd olunub.
Eləcə də
gələcəkdə görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, yeni layihələr
barədə müzakirələr aparılıb.