AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqları və sosial-əmək münasibətləri: yeni yanaşmalar


image small

      Azərbaycan Əmək və Sosial Akademiyada sahə həmkarlar ittifaqı orqanlarının işçiləri üçün təlim davam edir. Bu il 29 aprel tarixdə  «Azərbaycan Respublikası Əmək Məcəlləsi və həmkarlar ittifaqlarının sosial - əmək münasibətlərinin tənzimlənməsində iştirakı adlı üç günlük kurslar keçirilib.

      Kurs proqramına sosial-əmək münasibətlərinin tənzimlənməsi, həmkarlar ittifaqlarının rolu və yeri, həmkarlar ittifaqı fəaliyyətinin bu sahədə əsas qanunlarla tanışlıq ilə bağlı mövzuları və digər mövzular daxil edilmişdir: “AR Əmək Məcəlləsi: əməkçilərin əmək hüquqlarının müdafiəsi”, “Mediasiya haqqında ümumi müddəalar. Vasitəçinin hüquqi statusu. Vasitəçilik proseduru. Əmək münasibətləri sahəsində vasitəçilik prosedurunun xüsusiyyətləri”,  “Əməkhaqqı. Hüquqi tənzimləmə. İşçilərin kompensasiyası üçün zəmanətlər”, “Əmək qanunvericiliyinin və digər aktların pozulmasına görə məsuliyyət”, “Qadınlar və ailə məsuliyyəti olan şəxslər üçün əməyin tənzimlənməsinin xüsusiyyətləri”, “Əməyin mühafizəsi. İşçilərin əmək hüquqları barədə məlumatlandırılmasının üsulları. İş şəraitinin xüsusi qiymətləndirməsi. Zərərli iş şəraitində işə görə təminatlar və kompensasiyalar”, “Kibertəhlükəsizlik: bank kartlarının təhlükəsizliyi üçün nəyi bilməliyik?”, “Sosial-əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu”.

          Məşğələlərin keçirilməsi üçün dəvət olunmuş mütəxəssislərin əsas tərkibini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və sahə həmkarlar ittifaqı orqanları təşkil edirdi: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları:  Rəşad Əhmədov -  “Əmək siyasəti” şöbəsinin sektor müdiri,  Elçin Cəfərov -  “Dövlət qulluğu və kadr məsələləri” şöbəsinin  sektor müdiri, Zümrüd Əliyeva- Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyinin baş texniki müfəttişi-baş məsləhətçisi, Aysel Hadıyeva -  Azərbaycan Respublikası  Rəqəmsal İnkişaf  və Nəqliyyat  Nazirliyin İnformasiya təhlükəsizliyi departamenti “Kibertəhlükəsizlik” şöbəsinin baş mütəxəssisi, Azərbaycan Həmkiarlar İttifaqı Konfederasiyasının məsul işçiləri: Əli Mədətov –“Əməyin mühafizəsi” şöbəsinin müdiri vəzifəsini icra  edən, Rauf Hacıyev – “Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin  müdafiəsi” şöbəsinin müdiri və İbrahimov Arif  - şöbənin baş mütəxəssisi,  Ruslan Bağırov- hüquq şöbəsinin müdir müavini.

    Məlum olduğu kimi, sosial-əmək münasibətlərinin tənzimlənməsində münaqişələrin həlli və onların təhlili yollarına xüsusi yer verilir. Bununla əlaqədar “İNCİ” Psixoloji Mərkəzinin psixoloqu Məsməxanım Hacıyeva praktiki nümunələr və tapşırıqlardan istifadə edilərək mövzu  ilə bağlı  həmkarlar işçilərini məlumatlandırmışdır.

    Kursların yekunda Rauf Hacıyev – “Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin  müdafiəsi” şöbəsinin müdiri “Sosial-əmək  münasibətlərin tənzimlənməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda müzakirə aparıb. Müzakirə zamanı sosial-əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı əsas problemlərə toxunulub, sosial-iqtisadi problemlərin həllində kollektiv müqavilənin roluna xüsusi diqqət  verilmişdi.

          Dinləyicilərinin qeyd etdiyi kimi, kurs proqramı 3 günlük seminarın problemi ilə bağlı əsas aspektlərlə tanış olmaq imkanı verməklə yanaşı, həm də təlimçilər və iştirakçılar arasında fəal dialoq və müzakirələr böyük əhəmiyyət kəsb edirdi. Təlimin belə formatda keçirilməsi həmkarlar ittifaqı təşkilatlarının bu istiqamətin  fəaliyyətinin təkmilləşdirilməsi üçün fikir mübadiləsi, iş təcrübəsi və yeni yollar tapmağa imkan verdi.    

     Qeyd edək ki, dəvət olunmuş mütəxəssislər təkcə təqdimatlarla kifayətlənməyib, həm də təqdimatlarından sonra dinlənilən mövzu ətrafında müzakirələr aparıb və bu üsul dinləyicilərdə də müvafiq maraq doğurub. Bu faktı nəzərə alaraq, Akademiya və kursların dinləyicilərin adından dəvət olunmuş bütün mütəxəssislərə məşğələlərin keyfiyyətinə görə təşəkkür edirik  və onlara bu sahədə fəaliyyətlərində uğurlar arzulayırıq.       

      Eyni zamanda, tədris prosesində fəal iştirak edən həmkarlar ittifaqı işçilərinə öz təşəkkürümüzü bildiririk, onlara işlərində uğurlar arzulayırıq və ümid edirik ki, kurslardan əldə etdikləri biliklər onların həmkarlar ittifaqları üzvlərinin  hüquqları və maraqlarının müdafiəsi fəaliyyətində daha da təkmilləşdirilməsinə kömək edəcək. Hər kəsə uğurlar arzulayırıq.

Yekunda ənənəyə uyğun olaraq kurs iştirakçıları müvafiq metodiki normativ materialları elektron formada alıb və sertifikatlar təqdim olunmuşdu.

29.04.2024  [ 08:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.