AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Gender Araşdırmaları Mərkəzi


     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Gender Araş­dırma­­la­rı Mərkəzi” (GAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd Azər­bay­­can­da gender sahəsində olan problemləri araşdırmaq, ölkədə müvafiq sahədə apa­­rı­lan tədbir və islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli tək­­lif­ləri aidiyyəti orqanlara çatdırmaq, cəmiyyətdəki cinslərarası zorakılıq hal­la­rı­nın aradan qaldırılması yollarını aramaq, tələbələr arasında gender mədəniyyətinin for­malaşmasında maarifləndirici işlər aparmaqdan ibarətdir. Bunun üçün Mərkəzə bu sahədə təcrübəsi olan mütəxəssislər, qabaqcıl tələbələr cəlb olunub.

Mərkəzin xət­ti ilə Akademiyada artıq üç dəfə “Azər­baycanda gender problemləri: mövcud və­ziyyət və əsas istiqamətlərdə inkişaf” mövzusunda respublika konfransı keçirilib. Aka­demiyanın müəllimləri tərəfindən “Qadın: ailədə, cəmiyyətdə, təhsildə, dində, ədə­biyyatda” və “Gender asimmetriyası” adlı əsərlər yazılmışdır.

17.09.2022  [ 15:56 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.