AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yeni seçilmiş həmkarlar ittifaqı fəalları üçün seminar keçirilib


image small

Cari ilin mayın 2-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yeni seçilmiş həmkarlar ittifaqı təşkilatında komitə üzvləri və fakültələrin həmkarlar ittifaqı bürosu üzvləri üçün seminar keçirilib. Seminarın əvvəlində həmkarlar ittifaqı fəalları və seminarı keçirmək üçün dəvət olunmuş həmkarlar ittifaqı orqanlarının məsul işçiləri ilə birgə kollektiv şəkil çəkdirildi. Sonra qonaqlar - Mirzə Cəfərzadə- Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini, Abbasəli, Rüstəmli - “Tağıyev Operating Company” MMC HİK sədri , Rübabə Məmmədova- Akademiyanın həmkarlar ittifaqı təşkilatının sədri , Raziyyə Maniyeva- həmkarlar ittifaqı kadr və fəallarının ixtisasartırma və yenidən hazırlama şöbəsinin  müdiri və seminar iştirakçıları kiçik konfrans zalına dəvət olundular.

          Seminarı giriş sözü ilə Maniyeva Raziyə açdı, proqramı təqdim etdi, sonra söz Cəfərzadə Mirzəyə verildi. Öz çıxışında o, cəmiyyətdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti, onun rolu və yeri, təhsil sahəsində həmkarlar ittifaqlarının, gənclərin həvəsləndirilməsindən,  xüsusi tələbə həmkarlar ittifaqı komitələrinin fəaliyyətindən danışdı. Daha sonra söz Abbasəli Rüstəmliyə verildi. O, rəhbərlik etdiyi müəssisənin həmkarlar ittifaqı təşkilatında keçdiyi məqsədyönlü yoldan, xüsusən də həmkarlar ittifaqı rəhbərinin kollektivdə əhəmiyyətli rolundan, onun imicinin formalaşmasından, səciyyəvi xüsusiyyətlərindən, onun komanda üzvləri, müəssisə rəhbərliyi ilə ünsiyyəti və s. haqqında danışdı. Seminarın sonunda müzakirə olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

          Seminarın yekununda Akademiyanın həmkarlar ittifaqı təşkilatının sədri Rübabə  Məmmədova çıxış edərək dəvət olunmuş qonaqlara maraqlı təqdimatlarına, lazımlı məsləhətlərinə görə təşəkkürünü bildirib, bu çox zəruri və maraqlı işdə hər kəsə uğurlar arzulayıb.

02.05.2024  [ 08:23 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.