AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

İKT və yaşıl dünya” mövzusunda Tələbə Elmi-Praktiki konfransı keçirildi


image small

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının 2024-cü ildə keçirəcəyi tədbirlər sırasında nəzərdə tutulan - “İKT və yaşıl dünya” mövzusunda Tələbə Elmi-Praktiki konfransı 30.04.2024-cü il tarixində keçirilmişdir. Konfransda ilkin olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra “Riyaziyyat və informasiya texnlogiyası” kafedrasının müdiri, dos. N.Ə.Umarova tədbir barəsində iştirakçılara məlumat verdi və sözü AƏSMA-nın “Tədris  və elmi işlər” üzrə prorektoru,   prof. F. F.Möhbalıyevə verdi.   prof. F. F.Möhbalıyev öz çıxışında müasir cəmiyyətdə yaşıl dünyanın, ekologiyanın necə müsbət rol oynamasından danışdı.  Konfransda     tələbələrimizdən  -  Mehdiquliyev Rauf (qrup 603), Həsənzadə Pünhan (Qrup 509), Əliyev Əli (qrup 603), Əlizadə Zeynəb (qrup 422), Əliyeva Fatimə (Qrup 137), Abdullayev Zəka (Qrup 509), Nəsirova Dinarə (Qrup 137), Şirinova Lalə (Qrup 136) mövzularını maraqlı vodeo-çarxlarla təqdim edti. Tələbələrin təqdimatından sonra konfrans mövzusuna uyğun olaraq  kafedranın müəllimi Y.Ə.Ələkbərov  çıxış etdi. Y.İ.Ələkbərovun çıxışından sonra Maliyyə-İqtisad fakultəsinini   dekanı dos. Nurəngiz Mikaylova konfransın  maraqlı təşkilinə görə “Riyaziyyat və İT” kafedrasına öz təşəkkürünü bildirərək, qeyd etdi ki, hazırki ekoloji böhranı nəzərə alaraq  bu yönümlü  tədbirlərin sayını artırmaq lazımdır. 

30.04.2024  [ 10:49 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.